İranla müharibə uzansa, ABŞ-ın dəstəyi zəifləyəcək - Zelenski

İranda müharibənin uzanması ABŞ-ın Ukraynaya dəstəyini zəiflədəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Yaxın Şərqdə uzun sürən müharibə ABŞ-ın diqqətini Ukraynadan yayındıra və vacib hava hücumundan müdafiə sistemlərinin təchizatını azalda bilər. Söhbət Rusiya hücumlarından qorunmaq üçün onsuz da yetərli olmayan “Patriot” raketlərindən gedir”, - Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, artan neft qiymətləri Rusiyanın xeyrinə işləyir və Kreml müharibə aparmaq üçün daha çox resurs əldə edir.