İslandiyada keçirilən referendumda əhalinin 50 faizdən çoxu Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının yenidən başlanmasına qarşı çıxıb.
Sherg.az xəbər verir ki, İslandiyanın ictimai yayım şirkəti RUV-un məlumatına görə, səslərin təxminən 70 faizi hesablanarkən 52,5 faiz seçici “Xeyr”, 47,5 faiz isə “Bəli” səsi verib.
İslandiyanın Baş naziri Kristrun Frostadottir referendumda iştirak səviyyəsindən məmnun olduğunu və hökumətin nəticəyə uyğun hərəkət edəcəyini bildirib.
Danışıqlar 2013-cü ildə dayandırılmışdı
İslandiya Aİ-yə üzvlük üçün 2009-cu ildə müraciət edib. Danışıqlar davam etdiyi bir vaxtda, 2013-cü ildə Aİ-yə qarşı hökumətin hakimiyyətə gəlməsi ilə proses dayandırılıb.
2024-cü il seçkilərindən sonra Sosial Demokrat İttifaqının rəhbərliyi ilə formalaşan koalisiya isə danışıqların yenidən başlanmasının mümkünlüyü ilə bağlı referendum keçirilməsi barədə qərar qəbul edib.