
İsmail Cingöz: Türkiyə Qəzza zolağında mühüm rol oynaya bilər
09:06 27.10.2025
Dünya
566
Trampın açıqlaması ABŞ-nin Türkiyəyə olan etimadını bir daha göstərirYaxın Şərqdə davam edən gərginlik fonunda Qəzza zolağında sülhün təmin olunması məqsədilə beynəlxalq Sülhməramlı Qüvvələrin yaradılması məsələsi gündəmə gəlib. Bu təşəbbüs çərçivəsində Türkiyənin həmin qüvvələrdə yer alıb-almaması barədə müxtəlif mövqelər səsləndirilib.
ABŞ Prezidenti Donald Tramp açıqlamasında “Beynəlxalq sabitləşdirici qüvvələr tezliklə Qəzza zolağında yerləşəcək, Türkiyə də bu prosesə daxildir”,-deyib. Onun sözlərinə görə, hazırda proses problemsiz şəkildə irəliləyir və ABŞ-nin birbaşa müdaxiləsinə ehtiyac yoxdur. Tramp bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə, İndoneziya, İordaniya və Misir-bu təşəbbüsdə mühüm rol oynayır. Prezident əlavə edib ki, bölgədən bir qədər uzaqda olan, lakin prosesi yaxından izləyən digər ölkələr də bu prosesə cəlb olunub.
Qeyd edək ki, İsrail Baş naziri Binyamin Netanyahu bundan əvvəl Türkiyənin beynəlxalq missiyada yer almasına qarşı çıxmışdı.
Beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz Sherg.az-a açıqlamasında Türkiyənin dünyada artan güc və rolundan söz açıb:

"İsrail Baş naziri Benyamin Netanyahu, Türkiyənin Qəzza zolağında yaradılması planlaşdırılan Sülhməramlı Qüvvələrdə yer almamasını istədiyini bildirdi. Buna cavab olaraq ABŞ Prezidenti Donald Tramp Türkiyənin də bu qüvvələrdə yer alacağını bəyan etdi. Bu açıqlama ABŞ-nin Türkiyəyə olan etimadını bir daha göstərir. Türkiyə, Orta Şərq coğrafiyası başda olmaqla, beynəlxalq aləmdə etibarlı ölkə kimi tanınır. Uzun illərdir həm NATO sülhməramlı qüvvələrində, həm də Birləşmiş Millətlər Təşkilatının yaratdığı sülhməramlı missiyalarda iştirak edib. Bu təcrübə Türkiyəni sülh və təhlükəsizlik sahəsində güvənilən tərəf halına gətirib".
Ekspert Türkiyənin fəaliyyət göstərdiyi ölkələrdə etibarlı və inamlı tərəf kimi qəbul olunmasının, ABŞ rəhbərliyinin və Prezident Trampın da bu missiyada onun iştirakını istəməsinə səbəb olduğunu söyləyib:
"Bu, eyni zamanda Türkiyəyə olan etimadın bir daha təsdiqlənməsi baxımından da əhəmiyyətlidir.
Bundan əlavə, Həmas və Fələstinin də Türkiyənin bu qüvvələrdə iştirak etməsi barədə tələblərinin olduğu məlumdur. Beləliklə, Türkiyə həm təhlükəsizlik baxımından, həm də Silahlı Qüvvələrinin imkan və qabiliyyətinə görə Qəzza zolağında mühüm rol oynaya bilər. Prezident Ərdoğanın Türkiyənin bu əməliyyatda iştirak edəcəyini bəyan etməsi də, planlaşdırılan Qəzza Sülhməramlı Qüvvəsində ölkənin yer alacağını göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region