İsrail səfiri Yakov Livne Polşa Xarici İşlər Nazirliyinə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.
Məlumata görə, səfir "Yad Vaşem" institutunun X hesabındakı paylaşımı ilə bağlı izahat vermək üçün çağırılıb.
Bildirilir ki, həmin paylaşımda Polşanın yəhudilərin ətraf mühitdən təcrid olunması üçün onları fərqləndirici nişanlar taxmağa məcbur edən ilk ölkə olduğu iddia olunub.