"İsrail Fələstin dövlətinin yaradılmasının qarşısını almağa və Qəzza zolağını tamamilə demilitarizasiya etməyə qərarlıdır".
Teleqraf xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “X” sosial şəbəkəsində paylaşımında bildirib.
Nazirin sözlərinə görə, rəsmi Tel-Əvivin mövqeyi dəyişməzdir:
“İsrailin siyasəti aydındır: Fələstin dövləti yaradılmayacaq. Qəzza sonuncu tunelədək demilitarizasiya ediləcək, HƏMAS isə beynəlxalq qüvvələr və ya İsrail Ordusu tərəfindən tamamilə tərksilah ediləcək”.
Qeyd edək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS nümayəndələrinin atəşkəs və ilk mərhələ sülh planı üzrə razılığa gəldiyini açıqlayıb. Razılaşmaya əsasən, Qəzzada saxlanılan bütün girovların azad edilməsi və İsrail ordusunun razılaşdırılmış mövqelərə çəkilməsi nəzərdə tutulur.
Oktyabrın 10-da isə İsrail hökuməti girovların azad olunmasına dair razılaşmanı təsdiqləyib və həmin gün Qəzzada atəşkəs rejimi qüvvəyə minib.