İsrailin sabiq Baş naziri Barak ilə Epstein arasında gizli plan - Səs yazısı yayıldı

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı yeni Epstein sənədlərində yer alan səs yazısında İsrailin sabiq Baş naziri Ehud Barakın Jeffrey Epsteinlə yəhudiliyə kütləvi keçidin asanlaşdırılması barədə danışdığı iddia olunur.

Sherg.az xəbər verir ki, Yazıda Barakın Ortodoks Hahambaşılığının yəhudiliyin tərifi üzərindəki inhisarının qırılmasının vacibliyini vurğuladığı bildirilir.

Səs yazısında Barakın “Bizə cəmi bir milyon nəfər lazımdır” ifadəsini işlətdiyi, yəhudiliyə daha açıq və çevik yanaşma ilə kütləvi keçidin mümkünlüyünü qeyd etdiyi deyilir. Telefon danışığının tarixi açıqlanmayıb.

Qeyd edək ki, Epstein azyaşlılara qarşı cinsi istismar ittihamı ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Açılan sənədlərdə bir sıra tanınmış şəxslərin adları yer alsa da, FBR “müştəri siyahısı”nın mövcudluğunu təsdiqləmədiyini açıqlayıb.