İsveç Rusiyaya qarşı sanksiyaların dərhal gücləndirilməsini istəyir

İsveç Avropa İttifaqından Rusiyaya təzyiqi artırmaq üçün ona qarşı dərhal 20-ci sanksiyalar paketinin qəbul edilməsini istəyir.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Maria Malmer Stenergaard bildirib.

“ABŞ da Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etsə, mən şad olaram ”, o əlavə edib.

Noyabrın 24-də Stenergaard bəyan edib ki, İsveç heç vaxt Ukraynanın sərhədlərindəki dəyişikliyi və ya Rusiya Federasiyasının tərkibində yeni bölgələri tanımayacaq. O həmçinin qeyd edib ki, İsveç Krımın Rusiyaya birləşməsini tanımır.