İsveçdə hökuməti qurmaq vəzifəsi Anderssona tapşırılıb

İsveç Parlamentinin sədri Andreas Norlen hökuməti qurmaq vəzifəsini sentyabrın 13-də keçirilən parlament seçkilərində ən çox səs toplayan Sosial Demokratların lideri Maqdalena Anderssona verib.

APA xəbər verir ki, yeni parlament sentyabrın 28-də ilk iclasını keçirəcək və bundan sonra hökumətin formalaşdırılması prosesi davam etdiriləcək.

Andersson hökuməti qurmaq vəzifəsini konstruktiv şəkildə yerinə yetirəcəyini və İsveçə yeni əməkdaşlıq ruhunda rəhbərlik etmək istədiyini deyib.

Qeyd edək ki, Sosial Demokratların liderlik etdiyi mərkəz-sol blok seçkidə 49,5 faiz səs toplayaraq 349 yerlik parlamentdə 176 mandat əldə edib.

Sağ blok isə 48,8 faiz səslə 173 mandat qazanıb.