Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi
04:37 05.02.2023
Dünya
513
Kanada hökuməti Ukraynaya qarşı genişmiqyaslı müharibə apardığı üçün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Yeni siyahıya Rusiya Federasiyasının 38 fiziki və 16 hüquqi şəxs daxil edilib ki, onların dezinformasiya və təbliğat xarakterli məlumatların yayılmasında əli olduğu bildirilib.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bu siyahıya əsasən, “Rossiya seqodnya” dövlət media şirkəti, rusdilli informasiya resurslarını birləşdirən “RIA Novosti”, PRAYM, “Inosmi”, TOK, KOT, “Baltnews”, “Ukraina.ru”, “Sosial Navigator” və “Arctic .ru” daxil edilib.
Həmçinin United World International və Repressiyaya Qarşı Mübarizə Fondu da sanksiyalar siyahısına salınıb. Onların “Vaqner”in təsisçisi və sahibi Yevgeni Priqojinlə sıx bağlı olan dezinformasiya subyektləri olduğu qeyd edilib.
Kanadanın sanksiya məhdudiyyətlərinə daxil edilənlər sırasında Nikolay Baskov da var. O, Ukraynanın işğal olunmuş ərazilərindəki Rusiya qoşunlarını ziyarət edib və Ukrayna ərazilərinin qanunsuz ilhaqına dəstək məqsədilə Moskvada Qızıl Meydanda təşkil olunan konsertdə çıxış edib.
Ümumilikdə Rusiya dezinformasiya agentləri siyahısına 38 nəfər daxil edilib. Onlar arasında Mixail Boyarski, Marat Başarov, Dima Bilan, Larisa Dolina, Nikolay Rastorquyev, Oleq Qazmanov, Polina Qaqarina, Nadejda Babkina, İrina Alleqrova Maksim Averin, Dmitri Dyujev, Mixail Qalustyan, Viktoriya Dayneko kimi məşhurlar da var.
Mənbə: UNIAN
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət