"Barselona”nın yarımmüdafiəçisi Qavi evsizlər üçün 150 mənzildən ibarət kompleks tikmək üçün xeyriyyə layihəsinə ianə edib.
Publika.az xəbər verir ki, “La Razon” qəzetinin məlumatına görə, Los Palacios y Villafrancada anadan olan futbolçu böyüdüyü və uşaqlıq illərini keçirdiyi məhəllədə yaşayış kompleksinin tikintisinə 1,3 milyon avro sərmayə qoyub.
Dünya Kubokunu qazandıqdan sonra “Barselona”nın oyunçusu Sevilyadakı ilk addımlarını və son zamanlar zədələrlə mübarizəsini xatırlayıb.
Qavi sosial mediada yazıb:
“Hekayəm son illərdə xəsarətlər üzündən çəkdiyim çətinliklərdən biridir, amma yaxınlarım, ailəm, dostlarım və bura gəlmək üçün verdiyim bütün zəhmət və fədakarlıqlar sayəsində bu gün deyə bilərəm ki, buna dəyərdi və hər şeyi yenidən edərdim. Çox insana çox şey borcluyam”.