
Karapetyan Paşinyana alternativ hazırlanır? -ŞƏRH
Yusif Sultanoğlu
10:44 11.04.2024
Dünya
455
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan “Ümumerməni Cəbhəsi” adlı yeni partiya yaradıb. “Ümumerməni Cəbhəsi” adlı yeni partiya yaradıb. Ötən gün keçirilən qurultayda o, bu siyasi təşkilatın sədri seçilib. Karapetyan bildirib ki, hazırkı hökumət ölkəni idarə etmək iqtidarında deyil. Partiya sədri baş nazir Nikol Paşinyanı istefaya çağırıb: “Biz daha güclü Ermənistan yaradacağıq. Bütün dəyişikliklərə partiyamız yox, xalq qərar verəcək”, o deyib. Qeyd edək ki, bu vaxtadək sözü gedən təşkilat hərəkat kimi fəaliyyət göstərib. Əksər ekspertlər bu partiyanın, daha doğrusu general Karapetyanın birbaşa Rusiyaya, Kremlə bağlı olduğunu deyirlər. Partiyanın yaradılmasının da Moskvanın planı olması qeyd olunur və iddia edilir ki, Kreml Paşinyanı bu yolla devirməyi planlaşdırır.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli isə "Sherg.az"a açıqlamasında vurğulayıb ki, o, Arşak Karapetyanın Ermənistanda kifayət qədəri güclü sosial bazaya, dəstəyə malik olduğunu düşünmür.
Siyasi şərhçi qeyd edib ki, A.Karapetyan arxasında Rusiya olsa belə Ermənistanın indiki baş naziri Nikol Paşinyanı devirmək iqtidarında deyil:
"Rusiya Koçaryanın, Sarkisyanın, Sarukyanın da arxasında dayanmışdı. Hansısa nəticə əldə olundumu? Müəyyən təşəbbüslərin nəticələri göz qabağındadır. Ermənistanda Karapetyanın nüfuzu Koçaryandan, yaxud Sarukyandan çox deyil. Düzdür, vəziyyət dəyişə, hətta Paşinyan da devrilə bilər. Demirik ki, Paşinyan əbədi qalacaq. Getdikcə Ermənistan daxilində Paşinyanın səs faizi aşağı düşməkdədir. Hətta bəzi sorğularda baş nazirin reytinqinin 17 faizə düşdüyü iddia olunur. Amma növbəti seçkilərdə Paşinyanın toparlanıb rəqibləri üzərində qələbə qazanma ehtimalı yüksək olaraq qalır. Çünki Paşinyanın reytinqi düşüb, amma rəqiblərinin nüfuzu yüksəlməyib axı".

Ekspert vurğulayıb ki, Paşinyanın qarşısına qoyulacaq alternativ, populyar lider ortada yoxdur:
"Koçaryana, Sarkisyana, Sarukyana inanmayan xalq Karapetyana da inanmayacaq. O baxımdan hazırda Paşinyanın devrilməsi real görünmür. Həm də Paşinyanı ruspərəst siyasətçinin əvəzləyəcəyi qarantiyası da yoxdur. Ola bilər, Paşinyanı başqa qərbyönlü siyasətçi əvəzləsin. Paşinyanın siyasi taleyi həm də Azərbaycanla bağlı atacağı addımlardan asılıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm