KİV: Putin-Tramp görüşü öncəsi Rusiya yeni taktika seçib
Yusif Nəzərli
05:27 10.08.2025
Dünya
326
Vladimir Putin Alyaskada keçirilməsi planlaşdırılan görüşü Ukrayna müharibəsini öz şərtləri ilə bitirmək və Qərb təhlükəsizlik alyansında parçalanma yaratmaq imkanı kimi görür.
Teleqraf xəbər verir ki, bu “The New York Times” (NYT) məlumat yayıb.
Nəşr yazır ki, iyulun sonunda Donald Trampın mövqeyi Putinə qarşı sərtləşməyə başlayıb. O, aylarla nəticəsiz qalan danışıqlardan sonra ultimatumlar irəli sürüb və hətta Ukrayna prezidenti Volodimir Zelenski ilə münasibətlərini yumşaldıb. Tramp Rusiyadan neft alan ölkələrə qarşı yüksək tariflər tətbiq etməklə hədələyib.
Kreml isə taktikasını dəyişib. Son görüşdə Putin, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa, Rusiya ilə “ərazi mübadiləsi” barədə danışaraq, kompromisə hazır olduğunu bildirib. Ekspertlərin fikrincə, Putin Trampın anlayacağı “daşınmaz əmlak dili”ndə danışaraq onunla Zelenskisiz birbaşa görüş imkanı əldə edib.
Lakin analitiklər Rusiyanın təkcə ərazi sövdələşməsi ilə kifayətlənəcəyinə inanmır. Putin Ukraynanın NATO-ya qoşulmaması, ərazisində Qərb qoşunlarının yerləşməməsi və hərbi potensialının məhdudlaşdırılması kimi şərtlər irəli sürür.
Putinin Alyaskada Trampla görüş üçün üç ssenarisi var:
Trampın Ukraynaya qəbul etdirməyə çalışacağı Rusiya üçün sərfəli saziş;
Zelenskinin imtinası nəticəsində ABŞ-nin Ukraynaya dəstəyini dayandırması;
Mövcud müharibə kursunu daha 12–18 ay davam etdirmək.
Ekspertlər hesab edir ki, Trampın Rusiyanın işğal etdiyi ərazilərin böyük hissəsini tanıması ABŞ və Avropa arasında uzunmüddətli gərginlik yarada bilər.
Almaniyalı analitik Stefan Meystrin sözlərinə görə, Putin üçün əsas məqsəd yalnız müharibəni bitirmək deyil, Rusiyanın strateji mövqeyini dəyişmək və “tarixi mirasını” formalaşdırmaqdır. Onun fikrincə, Zelenskinin sammitdə iştirak etməməsi Ukrayna üçün ciddi təhlükə yarada bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm