köhnə dostuna qəribə hədiyyə: Putin heyvanı şəxsən öldürdü
Yusif Sultanoğlu
12:02 12.05.2024
Dünya
595
Ürəyini çıxarıb, 2 yerə böldü
Rusiya dövlət başçısı Vladimir Putinin ən yaxın dostu adlandırdığı şəxsə ağlasığmaz hədiyyəsi dünyanı heyrətə salıb. Söhbət Putinin “ən yaxın dostum” dediyi, İtaliyanın sabiq baş naziri, mərhum Silvio Berluskoniyə təqdim etdiyi hədiyyədən gedir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, bu hadisə 2013-cü ildə yaşanıb. Onun məhz indi, Berluskoni torpaq altındaykən üzə çıxarılması isə həyatda və bir ölkənin rəhbəri olan şəxsə – Vladimir Putinə “xal” qazandırmaq məqsədi daşıyır. Bu xəbəri dünya mediasına İtaliya parlamentinin sabiq senatoru Fabrizio Cicchitto sızdırıb. Məlumata görə, baş nazir postunda ikən S.Berluskoni yaxın dostu V.Putinin malikanəsində qonaq olub. V.Putin onu ova dəvət edib. Təbii, öz məharətini nümayiş etdirmək üçün. Onlar mühafizəçilərin müşayətilə yaxınlıqdakı meşəyə gediblər. Putin qarşılarına çıxan 2 dağ keçisini göstərərək “biri sənin, biri mənim, vur”, desə də, Berluskoni atəş açmayıb. Bunu görən Putin dağ keçilərinin ikisini də sərrast atəşlə yerə sərib. Sonra ovuna yaxınlaşaraq Berluskoniyə “indi sizə gözəl bir hədiyyə edəcəm. Bu, fövqəladə bir yemək olacaq”, söyləyib və əlindəki bıçaqla keçilərdən birinin sinəsini yararaq ürəyini çıxarıb. Ürəyini 2 yerə bölüb. Yanında hazır dayanan köməkçisi Putinə sini uzadıb, o da keçinin ürəyini siniyə qoyaraq Berluskoniyə təqdim edib. Cicchitonun dediyinə görə, Berluskoni bu hədiyyədən heç də xoşhal olmayıb, əksinə, halı qarışıb, ürəyi bulanıb və ağacın arxasına keçərək qusub. Berluskoni İtaliyaya döndükdən sonra isə Ciccihitoya “Putin nəzakətlidir, məntiqlidir, amma mənə xəyalıma belə gətirməyəcəyim vəhşi təbiət göstərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual