Korsikalılar Fransanın yeni qanun layihəsini qəbul etmirlər
Yusif Nəzərli
11:54 13.03.2023
Dünya
622
Korsikalılar Bastia inzibati məhkəməsinin ana dilindən istifadənin qadağan olunduğu qərarını qəbul etmir.
“Report” “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, Korsika İcra şurasının sədri, “Korsika naminə” millətçi koalisiyasının liderlərindən biri Gilles Simeoni və Korsika Assambleyasının sədri Marie-Antoinette Maupertuis qəbul etdiyi birgə bəyanatda bildiriblər ki, bu vəziyyəti qəbul etmək ağlasığmazdır.
“Məhkəmənin bu qərarı və onun motivasiyası Korsika dilinin rəsmi statusunun (fransız dili ilə bərabər) təmin edilməsi üçün konstitusiyaya yenidən baxılmasına mütləq ehtiyac olduğunu təsdiqləyir. Bu, Korsika dilinin yaşaması və inkişafı üçün əvəzsiz şərtdir”, - bəyanatda vurğulanıb.
Korsikanın müstəqillik tərəfdarı olan “Core in Fronte” partiyası da tviter səhifəsində məhkəmənin qərarını pisləyib və bunu “rüsvayçı” adlandırıb. Daha əvvəl Korsika Millət Partiyasının lideri Jan-Kristof Ancelini tviterdə məhkəmənin qərarının Korsika üçün təhqir kimi səsləndiyini qeyd edib.
Xatırladaq ki, daha əvvəl BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen məhkəmənin bu qərarını pisləyib.
“Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair qərar ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur. Amma Korsika dili qadağandır”, - o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm