Kreml bu il müharibəni dayandırmağa məcbur qalacaq -Politoloq
08:20 21.07.2025
Dünya
322
Vladimir Putin böyük ehtimalla bu il Ukraynaya qarşı müharibəni bitirmək istəyir, çünki Rusiya iqtisadiyyatı bu vəziyyəti daha çox davam etdirə bilməz.
Bunu avstraliyalı hərbi analitik Mayk Ryan deyib.
“Bu gün Moskva bir çox ciddi problemlərlə üz-üzədir və bu problemlərin müharibə davam etdiyi müddətdə asan həlli görünmür. Söhbət iqtisadi çətinliklərdən, Quru Qoşunların döyüş qabiliyyətinin xeyli zəifləməsindən, ordunun ehtiyaclarını qarşılamaq üçün Şimali Koreya və Çindən asılı vəziyyətə düşməsindən və eyni zamanda ABŞ prezidentindən gələn siyasi təzyiqlərdən gedir.
İyun ayında Putin verdiyi açıqlamada 2025-ci ildən etibarən hərbi xərcləri azaldacaqlarını bildirmişdi. Bu onu göstərir ki, Putin müharibəni güclü mövqedə bitirmək üçün hazırda əlindəki bütün imkanları səfərbər edir”, - ekspert qeyd edib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Rusiya Prezidenti Vladimir Putinin müharibəni dayandırmaq cəhdi əslində gözlənilən addımdır:
"Bəli, bu il müharibə dayandırıla bilər. Çünki Rusiya iqtisadiyyatı hazırda ciddi təlatümlər yaşayır.
Xüsusilə bank sektoru böyük çətinliklərlə üzləşib. Bir müddət əvvəl keçirilən İqtisadi Şuranın iclasında da Mərkəzi Bank rəhbərliyi bu məsələ ilə bağlı Kremlə xəbərdarlıq etmişdi. Beynəlxalq bankların uçot dərəcəsini artırıb-azaltması Rusiyada ciddi dalğalanmalara səbəb olur. Son dövrlərdə Mərkəzi Bankın qərarları dövlət şirkətlərinə də ciddi təsir göstərib. Məsələn, “Rosneft” və “Qazprom” kimi nəhəng şirkətlərin səhmlərinin dəyərində ciddi geriləmələr müşahidə olunur.
Bu, Rusiya iqtisadiyyatı ilə bağlı ciddi risklər yaradır. Unutmaq olmaz ki, Rusiya iqtisadiyyatı əsasən neft və qaz sektorundan asılıdır. Müharibədən əvvəl Rusiya bu sektor üzrə əsas əməkdaşlığı Şərqi Avropa ölkələri ilə qurmuşdu. Lakin bu gün həmin ölkələrlə əməkdaşlıq faktiki olaraq mümkünsüz hala gəlib. Nəticədə, Rusiya hazırda daha çox Çin və Şimali Koreya kimi ölkələrə bağlanıb. Bu ölkələr isə əvəzində ya qoşun göndərir, ya da silah təminatı verir. Məsələn, Şimali Koreyanın canlı qüvvə ilə dəstək verməsi Rusiyada insan resursları sahəsində də ciddi problemlərin olduğunu göstərir. Bütün bu səbəblər Kremlin bu il müharibəni dayandırmağa məcbur qalacağını deməyə əsas verir".
Analitik əlavə edib ki, Putin müharibəni dayandırmaq üçün əvvəlcə daxili qüvvələri razı salmalıdır:
"Burada söhbət Rusiya hakimiyyəti daxilində təmsil olunan müxtəlif qruplardan gedir: ordu, siyasi elita, dövlət qurumları, bürokratik aparat və keçmiş kəşfiyyat strukturlarından ibarət olan “çinovniklər”. Bu qrupların hər birinin müharibədən sonrakı dövrlə bağlı öz maraqları və gözləntiləri var. Putin yalnız bu maraqları təmin edə biləcəyi halda müharibəni dayandıra bilər. Əks halda, müharibə bir müddət də davam edəcək. Hazırda Rusiya ordusu hələ də aktiv hərbi əməliyyatlar aparır. Bu gün axşam saatlarında Kiyev və Xarkovun güclü şəkildə bombalanması da göstərir ki, Rusiya hələlik müharibəni bitirməkdənsə, Kiyevi kapitulyasiyaya məcbur etmək istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm