Kreml Ər-Riyadda ABŞ ilə məsləhətləşmələrin yekunu ilə bağlı bəyanat yayıb
Yusif Nəzərli
16:50 25.03.2025
Dünya
455
Kreml Ər-Riyadda ABŞ ilə məsləhətləşmələrin yekunu ilə bağlı bəyanat yayıb.
APA-nın Moskva müxbiri Kremlin.ru-ya istinadən xəbər verir ki, bəyanatda Rusiya və ABŞ prezidentləri arasında razılaşmaya əsasən, Rusiya və Amerika tərəflərinin Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi və ticarət gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasını əhatə edən “Qara Dəniz Təşəbbüsü”nün həyata keçirilməsini təmin etmək barədə razılığa gəldikləri bildirilib.
"ABŞ Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı üçün dünya bazarına çıxışın bərpasına kömək edəcək, dəniz sığortası xərclərini azaldacaq və bu cür əməliyyatların aparılması üçün limanlara və ödəniş sistemlərinə çıxışı genişləndirəcək. Bütün bunlar Rosselxozbank və ərzaq məhsulları (o cümlədən balıq məhsulları) və gübrələrin beynəlxalq ticarəti üzrə əməliyyatların təmin edilməsində iştirak edən digər maliyyə təşkilatları tərəfindən sanksiyaların götürülməsi, onların SWIFT-ə qoşulması, zəruri müxbir hesabların açılması, ticarətin maliyyələşdirilməsi əməliyyatları üzrə məhdudiyyətlərin aradan qaldırılması, qida məhsulları (o cümlədən balıq məhsulları) və gübrə istehsal edən və ixrac edən şirkətlərə tətbiq edilən sanksiyaların aradan qaldırılması, habelə sığorta şirkətlərinin ərzaq yükləri (o cümlədən balıq məhsulları) və gübrələrlə işinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, limanlarda gəmilərə xidmət göstərilməsi ilə bağlı məhdudiyyətlərin və qida məhsulları (o cümlədən balıq məhsulları) və gübrə ticarəti ilə məşğul olan Rusiya bayrağı altında gəmilərə qarşı sanksiyaların aradan qaldırılması, Rusiya Federasiyasına kənd təsərrüfatı texnikasının, habelə qida (o cümlədən balıq məhsulları) və gübrələrin istehsalında istifadə olunan digər malların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qüvvəyə minəcək.
Rusiya və ABŞ tərəflərdən biri tərəfindən yerinə yetirilmədiyi təqdirdə müqavilənin uzadılması və müqavilədən çıxmaq imkanı ilə 2025-ci il martın 18-dən başlayaraq 30 gün müddətinə Rusiya və Ukraynada enerji obyektlərinə zərbələrin endirilməsinə qadağa qoyulmasına dair iki ölkə prezidentləri arasında sazişlərin icrası üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər. Rusiya və ABŞ enerji və dənizçilik sektorlarında sazişlərin həyata keçirilməsini dəstəkləməyə yönəlmiş üçüncü ölkələrin yaxşı xidmətlərini alqışlayırlar. Rusiya və ABŞ güclü və davamlı sülhə nail olmaq üçün səylərini davam etdirəcəklər", deyə Kremlin yaydığı bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya