Kreml Fransa Prezidenti Emmanuel Makronun müşavirinin Moskvaya səfər etdiyi və Rusiya nümayəndələri ilə əlaqə saxladığı barədə məlumatları nə təkzib, nə də təsdiqləyəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü əlavə edib ki, Əbu-Dabidəki danışıqlar davam edir və nəticə çıxarmaq üçün hələ tezdir.