
Kreml Polşa, Latviya, Estoniyada əlini qana bulamaz - AÇIQLAMA
23:40 07.12.2023
Dünya
547
Rusiya Ukraynada kifayət qədər vaxt, əsgər itirdi
"Son vaxtlar tez-tez Rusiya Prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etmək istəməsi ilə bağlı fikirlər səsləndirilir". Bu sözləri "Sherg.az"a politoloq Turan Rzayev deyib. Ekspert bildirib ki, bundan başqa, “Taym” qəzeti də yazıb ki, NATO-nun Şərq cinahında yerləşən ölkələr Rusiyanın mümkün hücumuna hazırlıqlı olmalıdırlar:

"Qeyd olunur ki, bunun üçün onların 3 ay vaxtı var və əsas hədəfdə isə Polşadır. Prinsip etibarilə səslənən iddialar əsassız deyil. Nəşrin yazdığı kimi, NATO-nun Şərq cinahında yerləşən ölkələr, yəni Polşa, Litva, Estoniya, Latviya və Finlandiya son zamanlar Kremlin təhdid xarakterli ritorikalarına məruz qalır. Hətta Finlandiya tərəfi Rusiya ilə sərhəddə beton divar belə tikmək istəyir. Baltikyanı ölkələr isə ənənəvi olaraq bu təhdidlərlə üzləşir. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra adıçəkilən ölkələr Moskvanın real təhdidi altında idi. Hətta diqqət yetirsək, bu gün Ukraynaya ən çox yardım edən NATO-nun Şərq cinahında yerləşən ölkələrdir. Lakin Rusiyanın hədələri təhdid olmaqdan kənara çıxmayacaq".
Analitikin fikrincə, Estoniya, Litva, Latviya, habelə Polşa, Finlandiya həm NATO, həm də Aİ üzvü olan ölkələrdir: "Yəni bu ölkələrdən birinə hərbi müdaxilə Rusiya üçün ciddi fəlakətə səbəb olar. Bu, de-fakto Rusiya-NATO müharibəsinin başlanması deməkdir. Digər yandan Rusiya Ukraynada kifayət qədər vaxt itirdi. Düzdür, Ukraynanın 20 faizi işğal edilsə də, Rusiyanın itkiləri də kifayət qədər çoxdur. Moskva Qərbin dəstəklədiyi Ukraynada qələbə qazana bilmədiyi halda bütün NATO-nu qarşısına ala bilməz. Nəticə etibarilə Rusiya Polşa, Latviya, Estoniyanı təhdid etsə də, onlara müharibə elan etməsi inandırıcı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm