
Kreml Qərbə cavab vermək istəyir -ANALİZ
Kreml Qərbə cavab vermək istəyir -ANALİZ
09:37 01.03.2024
Dünya
346
Dnestryanı separatçıların müraciəti Rusiya tərəfindən hazırlanmış oyunun tərkib hissəsidir
Dnestryanı separatçıları (“Dnestryanı Moldova Respublikası”) Rusiyaya müraciət etmək barədə qərara gəliblər. Qərar qətnaməsində vurğulanıb ki, 220 mindən çox Rusiya vətəndaşının Dnestryanıda daimi yaşaması və Moskvanın "sülhməramlı" missiyası nəzərə alınaraq Dnestryanı bölgənin qorunması üçün Kremlə müraciət ünvanlanıb. Qətnamədə vurğulanıb ki, Moldova Dnestryanıya qarşı iqtisadi müharibəyə başlayıb, qəsdən milyonlarla dollarlıq büdcə kəsiri üçün şərait yaradıb. "Deputatlar" bəyan ediblər ki, Moldova dərman və tibbi avadanlıqların tədarükünü əngəlləyir. Bundan əlavə, Kişineu separatizm haqqında qanun qəbul edib və bu qanun “Dnestryanı vətəndaşlarına cinayət təqibi üçün ilkin şərtlər” formalaşdırır.
Siyasi şərhçi Zeynal Əmraliyev "Sherg.az"a bildirib ki, bu, eyniylə Ukrayna ilə oxşar ssenaridir. Ekspertin sözlərinə görə, Rusiya 2 il əvvəl olduğu kimi indi də eyni üsulla hərəkət edir:
"Dnestryanın müraciəti şübhəsiz ki, Rusiya tərəfindən hazırlanmış oyunun tərkib hissəsidir. Rusiya Qərbə cavab vermək istəyir. İsveç və Finlandiya NATO-ya üzv olduqdan sonra Rusiya hansısa formada Qərbə cavab verməliydi. NATO-nun Şərqə doğru genişlənmək siyasətinə Rusiya Dnestryanını tutmaqla cavab verəcək. Rusiya Ukraynaya ciddi dəstək gələcəyindən ehtiyat edir. Son zamanlar bəzi ölkələr, xüsusilə Fransa Rusiyaya qarşı Ukraynaya NATO qüvvələrinin yerləşdirilməsini təklif edir. Rusiya bunun qarşısını almaq üçün cəbhəni genişləndirməyə çalışır. Polşa və Baltikyanı ölkələr Ukrayna ilə bərabər Rusiyaya qarşı yeni ittifaq yaratmaq arzusundadır. Son zamanlar Polşa və Baltik ölkələrindən Rusiya əleyhinə kəskin açıqlamalar verilir. Hətta tərəflər arasında zaman-zaman diplomatik qalmqallarda yaranır. Rusiya Moldovaya hücumla həm də bunun qarşısını almağa çalışır. Martda Rusiyada prezident seçkiləri keçiriləcək. Putin Dnestryanını Rusiyaya qatmaqla öz nüfuzunu daha da qaldırmaq və seçkiyə daha güclü və inamlı getmək niyyətindədir".

Z.Əmralıyevə görə, Putin hakimiyyəti varisinə ötürməyə hazırlaşır:
"Hazırda NATO Şərqə doğru genişlənməkdə davam edir. Putin özündən sonra xələfi üçün problemli məsələ saxlamaq istəmir. Dnestryanı məsələsi Rusiya üçün gələcəkdə problem ola bilər. Ona görə Putin vaxtında özü işi bitirmək istəyir. Separatçı bölgələrin saxlanması Rusiya iqtisadiyyatına əlavə maliyyə yükü deməkdir. Dnestryanı Rusiyanın federal subyektinə çevrilərsə, Rusiya onu mərkəzi vergi sisteminə qoşa bilər. Bu, Rusiya büdcəsinin xeyrinə olacaq. Dnestryanının tutulması Qara dənizdə Rusiyanın mövqeyini daha da gücləndirəcək. Rusiya Krımın təhlükəsizliyinin, həmçinin Ukraynada yeni işğal etdiyi bölgələrə gələcək təhlükələri dəf etmək üçün də mühüm əhəmiyyət kəsb edir. Bu, bir daha onu göstərir ki, Rusiyanın niyyəti Ukraynanı tamamilə işğal etmək və onun bir dövlət kimi varlığına son qoymaqdır. Ehtimal ki, Rusiya buradakı sistemə çox müdaxilə etməyəcək. Dnestryanı rusları mühafizəkar təbiətə malikdir. Bölgədə əsasən kənddə məskunlaşma yüksək səviyyədədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm