Ermənistanda keçmiş deputat həbs edildi

İrəvan məhkəməsi Ermənistan parlamentinin keçmiş deputatı Martun Qriqoryanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Arsen Babayan bildirib.

Siyasətçinin adı seçicilərin rüşvətlə ələ alınması ilə bağlı cinayət işi üzrə təqsirləndirilənlərin arasında keçir.

O, avqustun 13-ü səhər saatlarında saxlanılmışdı. Qriqoryan iyundakı parlament seçkisində Çiçəklənən Ermənistan Partiyasının siyahısı üzrə iştirak edib.