
Kuba Prezidenti İranda: Onları nə birləşdirir? RƏY
11:01 04.12.2023
Dünya
464
Kuba prezidentinin 2001-ci ildən bəri İrana ilk səfəri baş tutub.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, Kuba Prezidenti Migel Dias-Kanel İrana gəlib. Dias-Kaneli İran Prezidenti İbrahim Rəisi qəbul edib. Danışıqlardan sonra tərəflər bir sıra sazişlər və əməkdaşlıq memorandumları imzalamağı planlaşdırırlar.
Səfəri "Sherg.az"a dəyərləndirən Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili söyləyib ki, İran və Kuba arasında ticari əlaqələr çox aşağıdır:
"Din, dil və qonşuluq münasibətlərinə də baxan zaman yenə çox zəif göstərici ortaya çıxır. Yəni ortaq din, dil və inanca sahib millət deyillər. Eyni zamanda hərəsi bir qitədədir. Hər ikisini birləşdirən yeganə mövqe Amerika Birləşmiş Ştatlarına qarşı olan baxış bucaqlarıdır. Bundan bir neçə ay öncə İran Prezidentinin də Kubaya səfəri baş tutmuşdu. Ona görə də bu günkü görüş daha çox qarşılıqlı ziyarət xarakteri daşıyır. Bunların sadəcə hədəfi məruz qaldıqları embarqoları necə aşmağın yollarını axtarmaq olar. Amma İranın bu işi Kuba ilə nə qədər həyata keçirməs sual altındadır. Çünki Kubayla ticarət əlaqələri sıfıra yaxındır. İmzalanan sənədlərin də ciddi əhəmiyyəti olmadığını görürük".

M.Mehdili onu da vurğulayıb ki, vaxtilə İran dövləti Covid virusuna qarşı olan vaksin üçün Kubadan kömək istəyib:
"Amma bu da çox yaxşı nəticələr vermədi. İki il öncə İran Prezidentinin köməkçisi Kubaya səfər etmişdi. Həmin zaman Latın Amerikasının 6 ölkəsi ilə birlikdə ticarət əlaqələri ilə bağlı təklif irəli sürülmüşdü. Bu addımlar isə sadəcə söz şəklində qaldı. İstər bölgədə, istərsə də, dünyada zəif ölkələr xüsusilə də İran qonşuları ilə yaxşı münasibətlər qurmadığına görə xarici siyasətdə aktiv görünmək üçün Kubaya və digər dövlətlərə yönəlir. Çünki İran yanlış siyasəti nəticəsində özünü izolyasiya etməyi daha da gücləndirib".
Qeyd edək ki, sonuncu dəfə Kuba lideri Fidel Kastro İrana 2001-ci ildə səfər edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran səbirsizliklə razılaşma gözləyir
21:42 22.05.2026
Dünya
WUF-13 postmünaqişə gündəliyinin növbəti təntənəsi oldu - TƏHLİL
21:35 22.05.2026
Gündəm
Marko Rubio və Hakan Fidan arasında görüş olub
21:29 22.05.2026
Gündəm
CHP-də kompromis olmazsa, parçalanma qaçılmazdır - ŞƏRH
21:28 22.05.2026
Gündəm
“Real” David Alaba ilə yollarını ayırdığını açıqlayıb
21:05 22.05.2026
Dünya
WUF-13-də erməni vəhşiliyi ifşa olundu - ŞƏRH
20:53 22.05.2026
Gündəm
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir
20:41 22.05.2026
Dünya
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm