Lavrov: Bir sıra ölkələrin hərbi-bioloji fəaliyyəti ciddi suallar doğurur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir sıra ölkələrin öz ərazilərindən kənarda hərbi-bioloji fəaliyyətinin ciddi suallar doğurduğunu bildirib.

Sherg.az xəbər verir ki, onun sözlərinə görə, bu fəaliyyətlər bəzi hallarda profilaktik və digər dinc məqsədlərlə əməkdaşlıq adı altında həyata keçirilir.

Lavrov qeyd edib ki, Rusiya Bioloji və Toksin Silahlarının Qadağan edilməsi Konvensiyasının gücləndirilməsini prioritet hesab edir. O, konvensiyanın yoxlama mexanizmi olan universal, hüquqi baxımdan məcburi və ayrı-seçkiliyə yol verməyən protokolla tamamlanmasını təklif edib.