Lavrov Rusiyanın dünya siyasətindəki mövqeyini açıqladı

Rusiya diktə etmədən əməkdaşlıq imkanı ilə ədalətli çoxqütblü dünyanın yaradılmasını dəstəkləyir.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya-İslam Dünyası" strateji baxış qrupunun iclasında bildirib.

"Biz bərabərhüquqlu əməkdaşlığın inkişafı üçün yeni imkanlar açan ədalətli çoxqütblü dünya nizamının qurulmasını dəstəkləyirik", - nazir Rusiyanın qlobal səhnədəki mövqeyini açıqlayıb.