Liviyaya 17 ölkədən humanitar yardım göndərilib
19:44 16.09.2023
Dünya
529
Liviyaya 17 ölkədən 38 humanitar yardım təyyarəsi göndərilib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinə bağlı Fövqəladə Vəziyyət və Təcili Yardım Heyətinin “Hökumətimiz” adlı platformasının yaydığı yazılı açıqlamada bildirilib.
Yardımları göndərən ölkələr barədə detallı məlumat yayılmayıb.
Qeyd edək ki, Türkiyədən göndərilən 2 yardım gəmisi Liviyaya çatıb.
Xatırladaq ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi üçgünlük milli matəm elan edib. Liviyanın sahilyanı Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 11 300-ə çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbii fəlakətlə əlaqədar Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə başsağlığı verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya