Macarıstan Prezidenti: "Ukraynadakı müharibəni dayandırmaq üçün 150 min səbəbimiz var"
21:05 26.11.2022
Dünya
386
"Macarıstanın Ukraynadakı müharibəni dayandırmaq və sülhə nail olmaq üçün 150 min səbəbi var".
"Report" “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Macarıstan Prezidenti Katalin Novak deyib.
"150 min səbəb Ukrayna ərazisindəki Zakarpatyada yaşayan 150 min macardır. Bir çox etnik macarlar Ukraynanın müdafiəsi üçün canlarını artıq veriblər", - Macarıstan Prezidenti bildirib.
Novak qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə görə məsuliyyəti göz qabağındadır:
"Macarlar həmişə və hər yerdə qan tökülməsinə qarşı çıxıblar. Biz Ukrayna ilə qonşuyuq və qonşularımız bizim köməyimizə arxalana bilərlər".
Macarıstan lideri vurğulayıb ki, tərəflər danışıqlar masasına qayıtmalı, diplomatik kanallar açılmalı, son məqsəd ədalətli sülh olmalıdır.
"2022-ci il müharibə ili oldu. Ümid edək ki, 2023-cü il bərpa və sülh ili olacaq", - Novak əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi