ABŞ-də həbsdə saxlanılan Venesuela Prezidenti Nikolas Maduro həbsxanadan fotosunu yayımlayaraq onu nəvələrinə, övladlarına və tərəfdarlarına ünvanlayıb.
Teleqraf xəbər verir ki, Maduro fotonu "X" sosial şəbəkəsində paylaşıb.
Venesuela prezidenti paylaşımında fotoları nəvələrinə, övladlarına və onları sevən bütün insanlara “sevgi və ümidin kiçik hədiyyəsi” kimi göndərdiyini bildirib. O, həmçinin möhkəm olduqlarını və qəlblərinin yaxınlarının sevgisi ilə dolu olduğunu qeyd edib.
Fotoda Maduro divarın qarşısında gülümsəyərək dayanıb. Onun boz rəngli idman geyimində olduğu görünür.