Makron atəşkəs rejiminin Livana da şamil edilməsinə çağırdı

Fransa Yaxın Şərq regionunda atəşkəs rejiminin Livana da şamil olunmasının tərəfdarıdır.

Sherg.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Biz istəyirik ki… atəşkəs Livana da tam şəkildə şamil olunsun”, - deyə Makron Fransanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında qeyd edib.

Fransa lideri həmçinin vurğulayıb ki, Livanın silahlı qüvvələrinin ölkənin bütün ərazisinə nəzarəti bərpa etməsi və “Hizbullah” hərəkatına qarşı dura bilməsi üçün Fransanın dəstəyini artırmaq lazımdır.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərbələrin iki həftə müddətinə dayandırılmasına razılaşdığını və atəşkəsin qarşılıqlı olacağını bildirmişdi. Daha sonra İranın Ali Milli Təhlükəsizlik Şurası açıqlamışdı ki, Tehran ABŞ-la danışıqlara aprelin 10-da Pakistanın paytaxtı İslamabadda başlayacaq.