Makron: Rusiya bütün Avropa üçün təhdidə çevrilib
Yusif Nəzərli
22:35 05.03.2025
Dünya
400
Rusiya bütün Avropa üçün təhdidə çevrilib.
“Report” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində söyləyib.
Makron müraciətini “beynəlxalq vəziyyətlə” əlaqələndirib və fransızların buna “ədalətli şəkildə narahat olduqlarını” qeyd edib. O, ABŞ-nin “Ukraynadakı müharibə mövzusunda mövqeyini dəyişdiyini” və Avropa İttifaqı (Aİ) mallarına gömrük rüsumu tətbiq etməyi planlaşdırdığına diqqət çəkib.
“Biz yeni bir eraya qədəm qoyuruq”, – Makron bildirib. O, Rusiyanın Ukraynadakı müharibəni “qlobal münaqişəyə” çevirdiyini və buna Şimali Koreya əsgərləri və İran hərbi texnikası istifadə edərək nail olduğunu qeyd edib. Həmçinin Rusiyanın hərbi potensialını artırdığını deyib. Makronun fikrincə, Avropa ABŞ-nin “bizim tərəfimizdə olmayacağına” hazır olmalıdır.
“Kim Rusiyanın Ukraynada dayanacağına inanar? <…> Rusiya artıq Fransaya və Avropaya təhdidə çevrilib. <…> Mənim sizə izah etdiyim vəziyyət elədir və biz bununla məşğul olmalıyıq. Sülhə gedən yol Ukraynasız mümkün deyil. Sülh Ukraynanın təslim olması yolu ilə əldə edilə bilməz. Biz unutmamalıyıq ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum edib. Minskdə atəşkəsə razılaşmışdıq”, – deyə Makron xatırladıb.
Makron Fransanın avropalı müttəfiqləri ilə işləmək marağında olduğunu açıqlayıb. Gələn həftə o, “möhkəm sülhün” yaradılmasında iştirak etmək istəyən dövlət başçılarını bir araya gətirəcək. Bu planı Fransa, Ukrayna və digər Avropa tərəfdaşları ilə birgə hazırladığını bildirib.
“Ukraynada sülh tez və ya gec əldə olunsa da, Avropa dövlətləri özlərini daha yaxşı qorumaq imkanına malik olmalıdır. Müdafiəmizi gücləndirməliyik. Bu baxımdan, biz NATO-ya sadiq qalsaq da, müstəqilliyimizi gücləndirməliyik. Avropanın gələcəyinə Vaşinqtonda və Moskvada qərar verilməməlidir”, – Makron qeyd edib.
Makron həmçinin “Avropa tərəfdaşlarımızla nüvə silahı ilə qorunma mövzusunda müzakirələrə başlamağı qərara aldığını” bildirib. “Hər nə olursa olsun, qərar hər zaman Prezidentin, Silahlı Qüvvələrin Baş Komandanının əlində olacaq”, – deyə dövlət başçısı deyib.
“Biz Avropadakı ən effektiv orduya malikik <…> və nüvə cilovlaması imkanlarımız var. Bu bizi qonşularımızdan çox daha yaxşı qoruyur”, – deyə Fransa Prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm