Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin 2027-ci ilə qədər sona çatacağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Paris yaxınlığındakı Villakuble aviabazasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.
“Aİ-nin son qərarları, o cümlədən Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalar Moskvaya təzyiq göstərmək üçün əsl dönüş nöqtəsi oldu”, - Makron vurğulayıb.
Fransa lideri prezident seçildikdən sonra “24 saat ərzində” münaqişəni tez bir zamanda dayandıracağına söz verən ABŞ prezidenti Donald Trampın ritorikasının dəyişdiyini də qeyd edib.
"İdeyalar konkretləşəndə dəyişir. Atlantikanın o tayında baş verənlər çoxlarını ruhlandırmalı və onları daha az kateqoriyalı etməlidir", - o əlavə edib.
Daha öncə Zelenski Ukrayna ordusu üçün Fransadan 100 "Rafale" qırıcısı almağı planlaşdırdığını açıqlamışdı.