Mariya Zaxarova: Ukraynaya yardımı davam etdirsə, İtaliya çökəcək
18:06 03.11.2025
Dünya
330
“İtaliya tamamilə çökmək üzrədir - iqtisadiyyatdan tutmuş qüllələrə qədər. Hökumət vergi ödəyicilərinin pulunu Ukraynaya mənasız xərcləməyə davam edərsə, bu, baş verəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat Roma şəhərinin mərkəzində tarixi qüllənin qismən dağılmasını belə şərh edib:
“Xatırladım ki, bu ilin mayında İtaliya Xarici İşlər Nazirliyi bildirmişdi ki, İtaliyanın Ukraynaya dəstəyi, o cümlədən hərbi yardım və Avropa İttifaqı mexanizmləri vasitəsilə edilən töhfələr, təxminən 2,5 milyard avroya çatır, bunun təxminən 1 milyard avrosu qaçqınlara, 310 milyon avro dövlət büdcəsinə dəstəyə, 93 milyon avro isə humanitar fəaliyyətə yönəldilib. Hökumət vergi ödəyicilərinin pulunu mənasız yerlərə xərcləməyə davam etdiyi müddətcə, İtaliya tamamilə çökəcək - iqtisadiyyatdan tutmuş qüllələrə qədər”.
ANSA agentliyinin məlumatına görə, Romada tarixi qüllənin uçması nəticəsində dörd nəfər xəsarət alıb, onlardan biri ağır vəziyyətdədir.
Xatırladaq ki, İtaliya müdafiə naziri Quido Krozetto bundan əvvəl Ukraynaya 12-ci hərbi yardım paketinin tezliklə hazırlanacağını açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya