Merz gələn il ilk olaraq bu ölkəyə səfər edəcək

Almaniya kansleri Fridrix Merz gələn ilin ilk həftələrində ilk səfərini Çinə etmək niyyətindədir.

Axar.az xəbər verir ki, o, bu barədə jurnalistlərə Yohannesburqda keçirilən G20 sammitindən sonra deyib.

Merz bəyan edib ki, Çin Ukraynadakı münaqişə kontekstində Rusiyaya təsir göstərə bilər:

"Ümumi qiymətləndirməmizə görə, bu təsir bir az daha böyük ola bilər".