
Mişa ilə bağlı verilən hökm gözlənilən idi: Onun azad ediləcəyini düşünmək reallıqdan uzaq olardı
13:57 12.03.2025
Dünya
604
Məhkəmə Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.
Qərar bir neçə dəqiqə əvvəl Tbilisi Şəhər Məhkəməsində qəbul edilib. Hakim Badri Koçlamazaşvili Saakaşvilinin 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.
İclasda Saakaşvili ilə yanaşı Dövlət Xüsusi Mühafizə Xidmətinin sabiq rəisi Teymuraz Canaşiyaya qarşı iş üzrə irəli sürülmüş ittiham dəyişdirilib və o, 300 min lari cərimələnib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər iclasda iştirak etməyiblər. Saakaşvili və Canaşiya iş üzrə özlərini təqsirli bilmirlər.
Politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, Mixail Saakaşvilinin Gürcüstanda həbsdən azad ediləcəyini düşünmək reallıqdan uzaq olardı:

"Gürcüstanın sabiq prezidentinə qarşı bir sıra ciddi ittihamlar irəli sürülüb və məhkəmə istintaqı zamanı bu ittihamların real əsaslara söykəndiyini təsdiqləyən məqamlar ortaya çıxıb. Saakaşvilinin hakimiyyətdə olduğu dövrdə dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi ilə bağlı adı hallanırdı. Üstəlik, o, hazırkı hakimiyyətdən əvvəlki hökumət dövründə də artıq həbs olunmuşdu.
Bundan əvvəlki dövrdə dəfələrlə mövcud hakimiyyətlə əks mövqelərdə dayanan sabiq prezident Salome Zurabişvili açıq şəkildə bəyan etmişdi ki, Saakaşvilinin əfv olunma ehtimalı son dərəcə aşağıdır. Bu baxımdan, onunla bağlı çıxarılan məhkəmə hökmü gözlənilən idi və Gürcüstanın daxili siyasi proseslərinin məntiqinə uyğun gəlirdi".
Politoloqun sözlərinə görə, Gürcüstanın gələcək siyasi kursunu yalnız Saakaşvilinin həbsi üzərindən şərh etmək olmaz:
"Faktiki olaraq, rəsmi Tbilisi bu gün imperializmin təzyiqlərinə qarşı dayanan, milli maraqlara əsaslanan güclü dövlətçilik formalaşdırıb. Ayrı-ayrı şəxslərin və ya siyasi fiqurların hüquqi müstəvidə müzakirəyə çıxarılması ölkənin ümumi taleyinə mənfi təsir göstərə bilməz. Gürcüstan, xüsusilə xarici təsirlər fonunda kifayət qədər möhkəm dövlət institutları quraraq daxili sabitliyini təmin etməyi bacarıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual