Mixaylo Podolyak: “Rusiya Ukraynada hər gün 800 - 1 100 hərbçi itirir”
18:38 19.02.2023
Dünya
387
“Rusiya Ukraynada hər gün 800 - 1 100 hərbçi itirir”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
“Hərbi əməliyyatların planlaşdırılması, bununla bağlı hazırlıq keyfiyyətcə başqa mərhələdədir. Doğrudur, təminatla bağlı bəzi problemlər var. Qeyd edim ki, ilk növbədə 120 mm, 80 mm-lik mərmilər, sursatlar çatışmazlığı mövcuddur. Odur ki, əvvəlcə təminatla bağlı problemi həll etmək lazımdır”, - o deyib.
Podolyakın sözlərinə görə, Ukrayna ordusu bölmələrinin döyüş qabiliyyəti 6 ayla, 1 illə müqayisədə keyfiyyətcə çox fərqlidir: “Bizdən dəfələrlə çox olan qüvvənin qarşısını effektiv şəkildə alırıq. Məsələn, Luqansk, Uqledar, Liman, Baxmut və digər istiqamətlərdə sayca çox olan Rusiya hərbi qüvvələrinin. Həmin ərazilərdə effektiv, manevrli müdafiə xəttimiz var”.
"Resurs və vasitələrimizin az olmasına baxmayaraq, Ukrayna ordusu son 5-6 ayda çox güclənib. Rusiya ordusunun məhv edilən canlı qüvvəsinin, hərbi texnikasının sayı dəfələrlə artıb. Məsələn, müharibənin bu mərhələsinə qədər Rusiya hər gün 200-300 hərbçi itirirdisə, hazırda bu rəqəm orta hesabla 800 - 1 100 hərbçidir. Bu, Ukrayna ordusunun döyüş qabiliyyətinin keyfiyyətinin göstəricisidir”, - Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region