Tesla qapı tutacaqlarındakı problem səbəbindən Çində rekord həddə - 3 milyon avtomobili geri çağırmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, Teslanın yerli rəqibi Xiaomi də 400.000 avtomobilini geri çağırır.
Çin tənzimləyiciləri təhlükəsizlik baxımından avtomobillərdə geri çəkilə bilən qapı tutacaqlarını qadağan edir. Bu addım ötən il baş verən ölümcül hadisədən sonra atılıb. Hadisə nəticəsində sürücü yanan avtomobilin içərisində qalıb və ətrafdakılar qapıları aça bilməyiblər.