Moskva və Pekin Trampın oyununa gəlməyəcək -Politoloq
10:14 10.03.2025
Dünya
505
İranın Çabahar limanında Rusiya, İran və Çinin hərbi dəniz qüvvələrinin “Dəniz təhlükəsizlik kəməri 2025” təlimləri başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxın günlərdə ekipajlar Hind okeanının şimal hissəsində əsir götürülmüş gəmilərin azad edilməsi, dənizdə axtarış və xilasetmə, həmçinin dənizdə və hava hədəflərində artilleriya atəşi həyata keçirmək üçün tapşırıqları yerinə yetirəcəklər.
Rusiya MN-dən o da bildirilib ki, təlimlərin məqsədi dəniz təhlükəsizliyini təmin etmək, dənizdə piratçılıq və terrorizmlə mübarizə, dəniz kommunikasiyalarının qorunmasıdır.
ABŞ Prezidenti Donald Tramp İran, Rusiya və Çin arasında Çabahar limanında keçiriləcək dəniz təlimindən narahat olub-olmaması ilə bağlı suala cavabında "Xeyr, heç vaxt!" deyib:
"Xeyr, heç vaxt! Çünki biz onların hamısından güclüyük. Mən Amerikanı və ordunu yenidən qurdum. Təəssüf ki, Bayden heç nə etmədi".
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Donald Tramp Prezident seçiləndən sonra bir çox fikirləri təkrarən bildirir:
"ABŞ Prezidenti "Bayden bunları yanlış etdi", "Mən Prezident olsaydım, Rusiya-Ukrayna müharibəsi başlamayacaqdı" və digər bu kimi mülahizələri dəfələrlə söyləyir. Bu gün Tramp Çabahar liman və ona yaxınlaşan tankerlərə sanksiyaları sərtləşdirməyə çalışır. Əslində ABŞ Prezidentinin əsas hədəfi Çindir. O istəyir ki, Rusiya-Çin ittifaqı zəifləsin. Lakin çətin ki Tramp buna nail olsun. Çünki İran, Rusiya və Çinin birgə təlimləri ondan xəbər verir ki, Moskva və Pekin Trampın oyununa gəlməyəcəklər. Ağ Evin sahibi istəyir ki, Rusiya ilə yaxınlaşsın və əlaqələri bərpa etsin, o cümlədən Çini hədəf götürməklə yanaşı sözügedən ittifaqın da zəifləməsini gerçəkləşdirsin. Amma Kreml və Çin rəhbərliyi də bu oyundan xəbərdardır. Ona görə də birliklərinin sarsılmasına icazə verməyəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual