NATO baş katibi: Putinə etibar etmək olmaz

NATO baş katibi Mark Rutte Ukraynada mümkün sülh razılaşması ilə bağlı ehtiyatlı olmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə RND məlumat yayıb.

Rutte hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinə etibar etmək olmaz.

“Saziş elə formada bağlanmalıdır ki, ona əməl edilməsi Rusiya və onun prezidentinin maraqlarına uyğun olsun”, - o bildirib.

NATO baş katibi Rusiyanın heç vaxt hücum etməyə cəsarət etməməsini təmin etməyə çağırıb. Rutte hesab edir ki, bu olmasa, nəticələri fəlakətli olacaq.