Rusiya Federasiyasının Nepalda səfirliyi fəlakət bölgəsində olduğu ehtimal edilən və yaxınları ilə əlaqə saxlamayan Rusiya vətəndaşlarının ailələrinə müraciət edib.
Sherg.az xəbər verir ki, səfirlik həmin şəxslərin axtarışının aparılması üçün rəsmi müraciət göndərilməsini xahiş edib. Diplomatik nümayəndəlik hazırda daşqınlardan zərər çəkmiş ərazilərdə olan Rusiya vətəndaşlarının taleyi ilə bağlı yeni məlumatın olmadığını bildirib.
Qeyd edək ki, daşqınlar Nepal və Çin arasındakı nəqliyyat əlaqəsinə ciddi ziyan vurub. Hadisə nəticəsində təxminən 1500 nəfər itkin düşüb, ölənlərin sayı isə 626 nəfərə çatıb.