Niderland Rusiya diplomatlarını casusluqda ittiham edir
19:39 19.02.2023
Dünya
443
Niderlandın Xarici İşlər Nazirliyi casusluq edən Rusiya diplomatlarının ölkədən çıxarıldığını, eləcə də Rusiya səfirliyinin Amsterdamdakı ticarət bölməsinin bağlandığını bildirib.
AZƏRTAC xəbər verir ki, Niderland XİN Moskvanı ölkəsinə casuslar göndərməkdə ittiham edib.
Rusiya da buna cavab olaraq, niderlandlı diplomatların Moskvada işləməsi üçün viza verməkdən imtina edir.
“Niderland məsələnin həlli üçün yollar tapmağa çalışsa da, Rusiya diplomatik ad altında ölkəmizə kəşfiyyatçı zabitlər yerləşdirməyə cəhd göstərir. Biz buna dözə bilmərik və buna imkan verməyəcəyik”, - deyə xarici işlər naziri Vopke Hoekstra vurğulayıb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsindən əvvəl casusluqda şübhəli bilinən 17 rus diplomat Niderlanddan qovulmuş və həmin vaxtdan bu ölkədə 58 rus diplomatının qaldığı bildirilirdi. Həmin vaxt Rusiya da Niderlandın 15 diplomatını ölkədən çıxarmışdı.
Qərara alınıb ki, Rusiyanın Haaqadakı səfirliyində və Niderlandın Moskvadakı səfirliyində eyni sayda diplomat olmalıdır.
Beləliklə, Rusiya səfirliyinin Amsterdamdakı ticarət bölməsi fevralın 21-dən, Niderlandın Sankt-Peterburqdakı baş konsulluğu isə fevralın 20-dən fəaliyyətlərini dayandıracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region