Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana yola düşüb. O, Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində və digər tədbirlərdə iştirak edəcək.
Sherg.az xəbər verir ki, Paşinyanın sammit çərçivəsində xarici ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 1-də Bişkekdə Paşinyanla ayrıca görüş keçirəcəyi bildirilib. Görüşdə, digər məsələlərlə yanaşı, Ermənistanın Avropa İttifaqına üzvlük niyyəti müzakirə olunacaq.
Paşinyan avqustun 24-də Ermənistanın Aİ-yə üzvlük üçün müraciət hazırlığına yaxın vaxtlarda başlayacağını açıqlamışdı. Bu məsələ Yerevanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında gələcək seçimi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.