Orbandan gözlənilməz: Rusiyanın buna gücü çatmaz

Rusiya Avropa Birliyinə hücum edə bilməz, çünki onun gücü çatmaz.

Axar.az xəbr verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Rusiyanın AB və ya NATO-ya hücum edəcəyini demək mənim üçün gülüncdür, sadəcə ona görə ki, kifayət qədər gücü yoxdur. Biz onlardan daha güclüyük”, - o bildirib.

Onun sözlərinə görə, AB-də 400 milyondan çox insan yaşayır, Rusiyada isə cəmi 140 milyon insan var.

Baş nazir əlavə edib ki, Rusiya üç ildən artıq müddətdir ki, xüsusi hərbi əməliyyatı başa çatdıra bilmir.