Papa Fransisk iki dəfə ölümdən çətinliklə xilas oldu: "Öz qusuntusunda boğulub"
Yusif Nəzərli
06:27 26.03.2025
Dünya
510
Katoliklərin ruhani lideri Papa Fransisk ikiqat pnevmoniya diaqnozu ilə 38 günlük xəstəxanada qaldığı müddətdə iki dəfə fövqəladə vəziyyətlə üzləşib. Papanın tənəffüs tutması keçirdiyi gün və yemək yeyərkən qusduğu zaman boğulduğu vaxt ölümə yaxınlaşdığı iki ən kritik an hesab edilirdi.
Sherg.az xəbər verir ki, İtaliyanın Gemelli Homelli şəhərində ikitərəfli pnevmoniya diaqnozu ilə müalicə olunan 88 yaşlı Papa Fransiskin həkimi, professor Sergio Alfieri mətbuata danışıb.
Alfieri İtaliyanın "Corriere della Sera" qəzetinə bildirib ki, ən kritik məqam fevralın 28-də Papanın tənəffüs tutması keçirib öz qusmasını nəfəs alması zamanı baş verib.
Alfieri, belə bir vəziyyətdə "ya müalicəni bitirib onu buraxmaq, ya da digər orqanlarına zərər vurma riskini gözə alaraq, bütün mümkün dərman və müalicələrdən istifadə edərək müalicəni davam etdirmək" seçiminə sahib olacaqlarını söyləyib.
Bu məsələdə son qərarı Papanın özünün verdiyini bildirən baş həkim müalicəni gücləndirərək davam etdirməyi seçdiklərini izah edib.
Alfieri, "Qərar həmişə Papaya məxsusdur. “Hər şeyi sınayın, təslim olmayın” dedi. Eyni şeyi düşündük və heç kim də vaz keçmədi" deyə danışıb.
Papanın vəziyyəti pisləşdikdə belə tam şüurlu olduğunu qeyd edən Alfieri bildirib: "Həmin axşam çox qorxulu idi. O da bizim kimi o axşam sağ qala bilməyəcəyini bilirdi. Onun əziyyət çəkdiyini gördük. İlk gündən ona həqiqəti söyləməyimizi istədi".
Papanın daha əvvəl bu prosesdə iki dəfə ölüm təhlükəsi ilə üz-üzə qaldığını söylədiyini xatırladan Alfieri, "Çətin bir dövr yaşayırdıq, o zaman Papa yemək yeyərkən qusmasından boğulma təhlükəsi ilə üz-üzə qaldı. Bu, ikinci kritik an idi, çünki birdən-birə ölüm riski ilə qarşılaşırsınız" deyə qiymətləndirmə aparıb.
Martın 23-də Vatikandakı iqamətgahına qayıdan Papa Fransisk, təxminən iki ay davam edəcəyi gözlənilən sağalma prosesinə başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya