Paris prokuroru Luvrdakı oğurluqdan danışıb: "Xırda cinayətkarların işidir"
18:18 02.11.2025
Dünya
278
Paris Luvr muzeyində ötən ay 102 milyon dollar dəyərində tarixi zinət əşyalarının gündüz vaxtı cəsarətli şəkildə oğurlanması təşkil olunmuş cinayətkar şəbəkələr tərəfindən deyil, xırda cinayətkarlar tərəfindən həyata keçirilib.
APA Reuters -ə istinadən xəbər verir ki, bu barədə bazar günü Paris prokuroru Lor Bekkua bildirib.
İki həftə əvvəl bazar günü səhəri iki nəfər yükqaldıran lift maşınını Luvrun qarşısında saxlayaraq, onunla ikinci mərtəbəyə qalxıb, pəncərəni sındırıb, ekspozisiya vitrinlərini drel ilə kəsib açıblar və yeddi dəqiqədən az davam edən əməliyyatdan sonra iki motosikletlə oradan qaçıblar.
Dörd şübhəlinin üçü artıq həbs olunub. Zinət əşyaları hələ tapılmayıb. Bununla belə prokuror bildirib ki, onların profilləri “Oceans Eleven” filminə bənzər peşəkar cinayətkarları deyil, Parisin kasıb şimal qəsəbələrindən olan xırda cinayətkarları xatırladır.
“Bu, hər gün rast gəlinən cinayətkarlıq deyil, amma bu hadisə təşkil olunmuş cinayətin ən yüksək səviyyəsi ilə əlaqələndirilmir”, — Paris prokuroru bildirib.
O əlavə edib ki, indiyədək həbs olunan dörd nəfərin profilləri mürəkkəb əməliyyatlar həyata keçirməyə qadir olan peşəkar cinayət şəbəkələrinə uyğun gəlmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol