Ermənistanın biznes dairələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etmək üçün Qazaxıstana səfər edəcək.
Teleqraf xəbər very ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.
“Ermənistanla Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq həddinə çatmasına böyük önəm verirəm. Həmçinin, bizim indi Qazaxıstanla dəmir yolu əlaqəsi imkanının olması imkanlarımızı genişləndirir”, - baş nazir bildirib.
Paşinyan qeyd edib ki, Qazaxıstanla siyasi dialoq yüksək səviyyədə olub və qalmaqda davam edir. Ermənistan Baş naziri Qazaxıstanın ali mükafatına layiq görüldüyünə görə Prezident Kasım-Jomart-Tokayevə təşəkkür edib.
“Bu, mənim üçün həqiqətən böyük şərəfdir və böyük qiymətdir, buna görə dərin minnətdarlığımı bildirirəm”, - o əlavə edib.
Xatırladaq ki, Kasım-Jomart Tokayev ötən həftə Nikol Paşinyanı Qazaxıstanın ən yüksək dövlət mükafatı olan “Qızıl Qartal” ordeni ilə təltif edib.