Pekinə yumşaq mesaj: Ankara Çinin uyğur siyasətini dəyişməyə çalışır
Yusif Sultanoğlu
05:00 06.06.2024
Dünya
425
“Ancaq bir səfərlə Çin uyğurlara qarşı tətbiq etdiyi sərt siyasətdən, zorakı qaydaların tətbiqindən imtina etməyəcək”
Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikası sədrinin müavini Han Zhenlə görüşüb. Danışıqlar Pekində Böyük Xalq Zalında baş tutub. Hakan Fidan çinli həmkarı Vanq Yinin dəvəti ilə Çinə gedib. Çinin xarici işlər naziri Vanq Yİ deyib ki, Çin və Türkiyə əməkdaşlığı gücləndirməli, hər cür hegemonluq və güc siyasətinə müqavimət göstərməli və qlobal idarəçiliyi ədalətli səviyyəyə çatdırmalıdır. Diplomat həmçinin qeyd edib ki, Pekin və Ankara Fələstin probleminin ədalətli və yekun həllinə tez bir zamanda nail olmaq üçün qarşılıqlı koordinasiyanı gücləndirməli və səyləri gücləndirməlidir: “Qəzzada tezliklə atəşkəs lazımdır. Fələstin probleminin həlli ikidövlətli həll yoludur”. O, ÇXR və Türkiyənin Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəklədiyini vurğulayıb. Hakan Fidan da bildirib ki, Ankara ilə Pekin arasındakı münasibətlər regional və qlobal sülhə, firavanlığa və sabitliyə töhfə verəcək. Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri çərçivəsində Sincan-Uyğur Muxtar Bölgəsində (ŞUMR) olub. Səfər zamanı Türkiyə diplomatik idarəsinin rəhbəri SUAR partiya komitəsinin birinci katibi Ma Sinzhuy ilə görüşüb. Hakan Fidanla vilayətin icra başçısı Erkin Tuniyaz arasında da görüş olub. Diplomat Pekinin türk-islam dünyası ölkələri ilə əlaqələrinin qurulmasında uyğur türklərinin yaşadığı Kaşqar və Urumçi şəhərlərinin əhəmiyyətini vurğulayıb: “Kaşqar və Urumçi tarixi dostluğumuzun və qonşuluğumuzun simvolu olmaqla Çin ilə türk dünyası, eləcə də Çin və islam dünyası arasında körpü rolunu oynayır”.
Politoloq Elxan Şahinoğlu “Sherg.az”a deyib ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın Çinə 3 günlük səfəri zamanı Sincan-Uyğur Muxtar Bölgəsinin (Doğu Türküstan) paytaxtı Uruçiyə getməsi, orada məscidə baş çəkməsi və bazarda uyğurlarla fikir mübadiləsi aparması təqdirəlayiqdir:
"Səfərdən bir gün əvvəl Hakan Fidanın Urumçi və Kaşğarın Çin mədəniyyətinə böyük töhfələr verən qədim türk-müsəlman şəhərləri olduğunu vurğulaması Pekinə yumşaq mesajdır. Aydındır ki, bir səfərlə Pekin uyğurlara qarşı tətbiq etdiyi sərt siyasətdən, zorakı qaydaların tətbiqindən imtina etməyəcək. Bütün hallarda Ankara Pekinin uyğurlara münasibətinin dəyişməsinə çalışır. Dünyanın əksər dövləti Çinlə iqtisadi əlaqələri genişləndirmək və ortaq layihələr reallaşdırmaq istəyir, bu ölkənin maliyyə imkanlarından faydalanmağa çalışır. Türkiyə də istisna deyil. Ankara eyni zamanda Pekinlə dialoqunda uyğur mövzusunu arxa plana keçirmir, Hakan Fidanın səfəri buna sübutdur. Bunun yetərli olmadığını söyləyənlər ola bilər, ancaq Türkiyənin xaricində hansı müsəlman ölkəsi uyğurlar üçün bundan artığını edir?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət