Pentaqon "Boeing"lə milyardlarla dollarlıq müqavilələr bağladı

ABŞ Hərb Nazirliyi ölkənin "Boeing" korporasiyası ilə 7.1 milyard dollardan çox dəyərində müqavilələr bağlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri məlumat verib.

Məlumata görə, bu müqavilələrdən biri yeni "Apache AH-64E" hücum helikopterlərinin, bu təyyarələrə quraşdırılmış "AN/APG-78" radar sistemi olan simulyatorların və əlaqəli avadanlıqların tədarükünü əhatə edir.

Müqavilənin dəyəri 4.7 milyard dollar təşkil edib.

Başqa bir müqaviləyə uyğun olaraq, "Boeing" ABŞ Hərbi Hava Qüvvələrinə 2.47 milyard dollar dəyərində daha 15 "KC-46A" çoxməqsədli tanker təyyarəsi tədarük edəcək.

Keçən il Pentaqon artıq korporasiya ilə 2.38 milyard dollar dəyərində 15 oxşar tanker üçün müqavilə bağlayıb.

Korporasiyanın vitse-prezidenti Ceyk Kvasnik bildirib ki, hazırkı müqavilə uzun tədarük zənciri də daxil olmaqla, istehsal sabitliyini təmin edəcək, "KC-46A"nın üstün imkanlarının təminatını davam etdirəcək.