Peskov: Ukrayna üçün vəziyyət günü-gündən pisləşir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada həm iqtisadi, həm də cəbhə vəziyyətinin getdikcə pisləşdiyini bildirib.

Sherg.az xəbər verir ki, Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin atəşkəsə hazır olduqları və diplomatik nizamlanmaya keçmək barədə bəyanatını şərh edərkən vəziyyətin Ukrayna üçün hər gün daha da ağırlaşdığını deyib.

Onun sözlərinə görə, Rusiya müvəqqəti atəşkəs deyil, “əbədi və davamlı sülh” tərəfdarıdır.

Peskov qeyd edib ki, Kiyev davamlı sülhə nail olmaq üçün hansı qərarları verməli olduğunu yaxşı bilir.

Kremlin sözçüsü həmçinin bildirib ki, Rusiya qoşunlarının hücum əməliyyatları fonunda Ukraynanın qərar qəbul etmək imkanları getdikcə azalır.