Pezeşkiyan Tehranda yerləşən nüvə obyektini ziyarət edib
13:26 03.11.2025
Dünya
367
İran Prezidenti Məsud Pezeşkiyan Tehranda yerləşən nüvə obyektini ziyarət edib. O, ABŞ-nin bombaladığı nüvə müəssisələrinin əvvəlkindən daha güclü şəkildə yenidən inşa olunacağını bildirib.
Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Pentaqona 33 ildən sonra yenidən nüvə sınaqlarına başlama göstərişi verməsindən sonra artan nüvə gərginliyi fonunda İrandan yeni addım gəlib.
İran Prezidenti Məsud Pezeşkiyan Atom Enerjisi Təşkilatını ziyarət edib. O, alimlərlə birlikdə müəssisəni gəzib və görülən işlərlə bağlı məlumat alıb.
ABŞ-nin İsraillə müharibə zamanı İranın nüvə obyektlərinə zərbə endirməsinə toxunan Pezeşkiyan deyib:
“Bu obyektləri əvvəlkindən daha güclü şəkildə yenidən quracağıq. Binaları dağıtmaqla bizi geri sala bilməzsiniz. İranlı alimlər hələ də nüvə biliklərinə sahibdir.”
Prezident, Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını bir daha vurğulayıb.
Səfərlə bağlı görüntülər Prezident Administrasiyasının rəsmi saytında yayımlanıb. Pezeşkiyanın ziyarəti, Oman Xarici İşlər naziri Bədr əl-Buseydinin ABŞ-la İran arasında danışıqlara yenidən başlanması çağırışından bir gün sonra baş tutub.
Oman, Tehranın və Vaşinqtonun iştirakı ilə beş tur danışıqlara ev sahibliyi edib. Altıncı tur gözlənildiyi bir vaxtda İsrail İranı vurmuşdu.
12 gün davam edən müharibənin sonunda ABŞ da İranın nüvə obyektlərinə hücum etmişdi. Donald Tramp “İranın nüvə proqramını məhv etdik” desə də, zərərin miqyasının nə qədər böyük olduğu hələlik məlum deyil.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya