PKK-da təcavüz dəhşəti: Qızları sıraya düzdü, sonra isə...
18:15 23.11.2019
Dünya
457
PKK terror qruplaşmasından qaçaraq Türkiyənin təhlükəsizlik orqanlarına təslim olan F.Ş adlı qadın qruplaşma lideri Duran Kalkanın terrorçuların cərgələrinə qoşulan qadınlara təcüvüzünü sübuta yetirən faktları açıqlayıb.
“Hürriyyət” xəbər verir ki, təslim olan qadın Duran Kalkanla bağlı çəkdiyi 3 dəqiqə 48 saniyəlik videonu təhlükəsizlik orqanlarına təhvil verib.
Vəkil olmaq xəyalı ilə məktəbi bitirən, lakin üç il əvvəl aldadılaraq dağa qaçırılan F.Ş aparıldığı PKK yuvası Qəndildə “Abbas” kod adlı Duran Kalkanın təcavüzünə məruz qalıb. İki ay əvvəl terror qruplaşmasından qaçaraq təhlükəsizlik orqanlarına təslim olan “Amara Digor” kod adlı F.Ş başına gələnləri bu sözlərlə izah edib:
“Universitet imtahanına hazırlıq üçün pul yığmaq məqsədilə ev təmizliyi kimi gündəlik işlərlə məşğul olduğum bir vaxtda iraqlı yaşlı bir qadına 10 gün baxacağım halda 2 min dollar veriləcək yalanı ilə aldadılaraq Qəndilə aparıldım. Duran Kalkan məni Qare düşərgəsində yer altındakı mağarasına aparıb “tabulaşdırdığın zəncirləri qırıb səni azad edəcəyəm” deyərək təcavüz etdi. O andan etibarən üç il ərzində bir gün qaçıb qruplaşmada baş verənləri danışmaq üçün yaşadım. Bu təcavüz mütəmadi davam etdi.
Qaçıb baş verənləri danışa bilmək üçün onun güvənini qazandım. Mənə “səni komandir edəcəyəm, çöl gözəlim” deyirdi. Ötən il məni Hakurk düşərgəsinə apardı. Düşərgə nəzarətçisi “Helin Dersim” kod adlı qadın məni və yeni gələnləri sıraya düzdü. Duran Kalkan kişilərin üzünə baxmadan sürətlə salamlaşdı, sıra qızlara gələndə sanki ağzında köpük axırmış kimi öpməyə başladı. Sıradakı 20-ə yaxın qızın arasında hələ oyun oynayacaq yaşda qızlar da vardı. Tək-tək qucaqlayıb öpdü. Əlləri ilə yanaqlarına, dodaqlarına toxundu. Mən də necə bir manyak olduğunu göstərmək üçün o anları çəkdim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət