Politoloq: Bütün bunlar Trampın seçkiqabağı verdiyi vədlərə əməl etməsi üçün həyata keçirilir
12:30 05.03.2025
Dünya
512
Nə Avropa, nə ABŞ, nə də Ukrayna Rusiya ilə konflikti davam etdirə bilər.
Bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
O bildirib ki, indi danışıqlar masası arxasında əyləşmək vacibdir.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, bütün bunlar Amerika prezidenti Trampın seçkiqabağı verdiyi vədlərə əməl etməsi üçün həyata keçirilir:
“Trampın "Let's make USA great again" şüarı və eyni zamanda Ukrayna-Rusiya müharibəsini 24 saat ərzində bitirmək vədi baş tutmasa, amerikalıların prezidentə olan güvənsizliyi impiçment qərarına qədər gətirib çıxara bilər. Onun üçün də Tramp administrasiyası əldə olan bütün imkanları istifadə edərək, həm dövlət orqanlarının iş səmərəliliyini optimallaşdıraraq, həm də xarici siyasəti istifadə edərək amerikanın əvvəlki qüdrətini bərpa etmək istəyir. Trampın daha əvvəlki prezident dönəmində Avropa ölkələrinə münasibəti birmənalı deyildi. Amerika vitse-prezidentinin bu açıqlaması ilə həm avropanın, həm də Rusiya və Ukraynanın Amerikanın maraqlarına uyğun olaraq addımlar atması lazım olduğunu vurğulayır. Çox təəssüf olsun ki, müharibənin saxlamağın qarşılığında Ukrayna həm torpaqlarını, həm də təbii sərvətlərini itirməyə məcbur edilir. Avropa bununla razılaşmaya bilər, amma onların Ukrayna tərəfindən Amerikaya qarşı dirənməsinin nə qədər mümkün olacağı sual altındadır. Ona görə də Rusiyanın Avropaya alternativ təklifləri ola bilər. Məsələn, bu təkliflər doğrultusunda Natonun Şərqə genişlənməsinin qarşısını alınmaqdan əlavə, Rusiyaya loyal ölkələrdən ibarət Varşava müqaviləsinə bənzər qoruyucu bufer zonası yaradılması da müzakirə edilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm