Politoloq: Misirin nəzarətiylə Qəzza Fələstin Milli Administrasiyasına birləşdiriləcək
11:07 05.03.2025
Dünya
577
Fələstin Milli Administrasiyası Qəzza zolağına nəzarəti bərpa etməlidir.
Bunu Misir Prezidenti Əbdülfəttah Sisi deyib.
Sisi qeyd edib ki, Misir Fələstin hakimiyyəti ilə birlikdə Qəzzanın idarə olunması üçün xüsusi inzibati komitə yaradıb. Bu komitəyə yalnız lazımi peşəkar səlahiyyətlərə malik müstəqil mütəxəssislər daxil olacaq.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Fələstin Milli Administrasiyasının Qəzza zolağına nəzarəti bərpa etməsi üçün Misir çox çalışıb:
“Artıq Həmas da bununla razılaşıb. Mahmud Abbasın rəhbərlik etdiyi Əl Fəth qruplaşması və Həmas arasında razılıq müqaviləsi imzalanıb, bununla da Qəzza bölgəsinə nəzarət Fələstin Administrasiyasına həvalə olunmalıdır. Həmas bu müqaviləyə Qəzza bölgəsində olan polislərə toxunulmaması şərtiylə razılaşıb. Buna baxmayaraq İsrail yenə də prosesə maneə olmağa çalışır. Amerikanın prezidenti Donald Tramp bəyan edib ki, Qəzza bölgəsi ümumən sökülməli və insanlar oradan köçürülməlidir. Söhbət burada həmin bölgədən fələstinlilərin çıxarılaraq yəmənlilərin yerləşdirilməsindən gedir. Amerika Qəzzanı İsrailə birləşdirmək istəyir. Bu şübhəsiz ki, ikili dövlət layihəsinin tamamilə sıradan çıxarılması hesablanan addımdır. Misir isə buna alternativ təqdim etmək niyyətindədir. Çünki köçürülən fələstinlilər Misir və İordaniya ərazisində yerləşdiriləcək. Misir isə bununla razılaşmaq niyyətində deyil. Böyük ehtimalla Misirin nəzarətiylə Qəzza bölgəsinin Fələstin Milli Administrasiyasına birləşdirilməsi həyata keçiriləcək. Əks halda İsrail həmin bölgədə hərbi əməliyyatlara başlayacaq və Amerikanın öz mənfur planlarını yerinə yetirməsi üçün şərait yaranacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm